AMEA-nın magistraturasına qəbul olanların nəzərinə!

AMEA-nın magistraturasına qəbul olanların nəzərinə!
09:54 17 Avqust 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

 

AMEA-nın magistraturanın boş qalan plan yerlərinə qəbul olmuş bakalavrlara müraciət edib.

 

AMEA-dan Lent.az-a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına boş qalan plan yerlərinə qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), 4 ədəd fotoşəkil (3×4 sm) tələb olunur.

 

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı avqust ayının 17-dən 25-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsində aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

Əlaqə nömrəsi: (+994 12) 539 20 35

Ünvan: Bakı şəh., Hüseyn Cavid pr., 115, I mərtəbə, otaq 150

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR