"Qəbələ" - "Qalatasaray" matçının vaxtı müəyyənləşdi

"Qəbələ" - "Qalatasaray" matçının vaxtı müəyyənləşdi
10:28 17 Avqust 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" və Türkiyənin "Qalatasaray" klubları arasında yoldaşlıq görüşünün təşkili üçün danışıqlara başlanılıb.

"Sabah" qəzetinin məlumatına görə, matçın sentyabrın 2-də və 3-də keçirilməsi planlaşdırılır. Həmin vaxt milli komandaların oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranacaq.

"Qalatasaray"ın məşqçilər heyəti bu qarşılaşmada yeni transfer Sofian Fequlini sınaqdan çıxaracaq. İngiltərə "Vest Hem"indən alınan 28 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrü keçir. Əlcəzair millisinin oyunçusu məhz fasilə müddətində hazırlıqlara başlayacaq. Fequli "Qəbələ" ilə görüşdə özünü yaxşı tərəfdən göstərə bilsə, Türkiyə Super Liqasının IV turunda "Antalyaspor"a qarşı səfər matçında forma geyinəcək.

Qeyd edək ki, "Qəbələ" - "Qalatasaray" matçının Bakıda təşkili planlaşdırılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/210135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR