Qətər vətəndaşlarının Həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək

Qətər vətəndaşlarının Həcc xərclərini Səudiyyə Ərəbistanı kralı ödəyəcək
10:32 17 Avqust 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Qətər vətəndaşları Həcc ziyarəti üçün elektron viza almadan Səudiyyə Ərəbistanına səfər edə biləcək.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman bununla bağlı fərman imzalayıb. 
İnformasiyaya görə, Səudiyyə kralı Salman və vəliəhd-şahzadə Məhəmməd bin-Salman Qətər hakimiyyətindəki əl-Sani ailəsinin üzvü Abdullah bin-Ali bin-Abdullah bin-Casim əl-Sanini Ciddədəki Əs-Salam sarayında qəbul edib.
Qəbuldan sonra Qətər vətəndaşlarının Həcc ziyarətini xərclərinin Səudiyyə Ərəbistanı kralı tərəfindən ödəniləcəyinə dair qərar qəbul olunduğu açıqlanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qeter-vetendaslarinin-hecc-xerclerini-seudiyye-erebistani-krali-odeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR