Xəzər iki gənci uddu: birinin 19 yaşı var...

Xəzər iki gənci uddu: birinin 19 yaşı var...
10:44 17 Avqust 2017
120 Digər
Ölkə mətbuatı
A- A+

 

Dənizdə batan şəxslərdən birinin kimliyi bəlli olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytına istinadən məlumatına görə, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR