Taksilərdə radikal dini təbliğat gedir

Son zamanlar İctimai nəqliyyatlarda, ən çox da fərdi  taksilərdə dini radikal tərəfdən təbliğ  edən mətnlər səsləndirilir.   

Bu, bəzən eyni taksidə gedən bir-neçə fərqli düşüncədə olan insanlar  arasında  mübahisəyə belə gətirib çıxarır.  Bu mübahisələrin də sonu  bəzən yaxşı qurtarmır.

Taksi sürücülərinin sərnişinlərdən icazə almadan dini təbliğ edən mahnıların və ya mətnlərin səsləndirilməsinə ilahiyyatçılar da birmənalı münasibət bildirmir. 

“Hansısa cılız kütlənin fikirlərini cəmiyyətə aşılanmasına yaxşı baxmıram”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı ilahiyyatçı Hacı Fuad Pənahlı bildirib. Onun sözlərinə görə, səslənirilən həmin mətnlər, çıxışlar cəmiyyətdə ictimai psixologiyanı zədələyir və din dəyərlərində ürəkbulandırıcı təsirlər yaradır.

“Dinimizdə sözü öz yerində demək tövsiyə olunur. Yəni, hər əməl özünə məxsus olan yerdə və zamanda icra olunmalıdır. Yersiz davranışlar isə çox vaxt radikallıq yaradır. İnsanlar arasında dinə bağlanmaqdan daha çox dindən qaçmaqla nəticələnir. Dindən qaçmaq da Allahı sevdirə bilməmək ilə nəticələnir. Bu da bütün müsəlmanlar üçün böyük bir nöqsandır. Hədəfimiz, istəyimiz cəmiyyətin Allahın bütövlüyünü başa düşməsi və varlığı ilə onu sevməyi bacarmasıdır. Bu cəhətdən insanların diqqətli olmağa çağırıram”.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri isə bu məsələyə çox pis baxdığını bildirib:

“Təkcə radikal qruplaşmalar deyil, radikal olmayanların özləri belə dini bölür, ayrıseçkilik salırlar. Halbuki, Allah Quranda deyir ki, Allahın ipindən hamınız möhkəm yapışın. Allahın ipi də Qurandır. Ümumiyyətlə, ictimai nəqliyyatda hər hansı bir fikr təbliği olmamalıdır. Yəni, bununla bağlı xüsusi nəzarət olmalıdır”.

Azərbaycanda insan alveri edən 34 təhlükəli QADIN - VİDEO - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR