Saçlar müxtəlif səbəblərdən tökülə bilər. Burada genetik meyilliliklə yanaşı, daxili xəstəliklərin də rolu var.
Metbuat.az xəbər verir ki, bu problemdən xalq təbabəti üsulu ilə xilas ola bilərsiniz. Saç tökülməsinin qarşısını almaq üçün ən effektiv üsullardan biri qoz suyudur.
Lazım olan ərzaqlar:
20 ədəd qoz qabığı
1 litr su
Hazırlanması:
Suyu qaba alın. İçərisinə qoz qabıqlarını əlavə edin. Qaynadıqdan sonra ocaqdan alın. Əldə etdiyiniz bu su ilə gündə 2 dəfə saçlarınızı yuya bilərsiniz.
Aysel Yaqubqızı / Metbuat.az