Ağdaşda arvadını döyən kişinin qulağını kəsiblər

Ağdaşda arvadını döyən kişinin qulağını kəsiblər
10:57 17 Avqust 2017
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş.17 avqust. REPORT.AZ/ Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində baş verib. 
Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını da kəsiblər. 
Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-arvadini-doyen-kisinin-qulagini-kesibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR