ABŞ-da Linkolnın heykəlinə HÜCUM - FOTO

ABŞ-da Linkolnın heykəlinə HÜCUM - FOTO
11:03 17 Avqust 2017
145 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Virciniya ştatına daxil olan Çarlottesvill şəhərində irqçilər geniş aksiyalar keçirir. Mübahisələr böyüyərək Vaşinqtonda yerləşən məşhur Linkoln heykəlinə qədər gedib çıxıb.

Publika.az xəbər verir ki, 4.03.1861 - 15.04.1865- ci illərdə hakimiyyətdə olan ABŞ-ın 16-cı prezidenti Abraham Linkoln Amerika Vətəndaş müharibəsində Konfederativ Dövlətlərə qarşı qələbə qazanaraq ölkədə köləliyi ləğv etdirmişdir.

Bu hadisə ABŞ tarixinin ən əhəmiyyətli ikonlarından biri halına gəlib.

1865-ci il aprel ayının 15-də sui-qəsd nəticəsində həyatını itirən Abraham Linkoln ölkə tarixinin ən sevilən prezidentləri arasında olsa da, bu gün o, irqçilərin boyalı təcavüzünün hədəfi olub. Üzərinə qırmızı boya ilə söyüş yazıb, heykəli daş-qalaq ediblər.

Köləlik tərəfdarı olan qruplaşmalar şəhərin bir çox mərkəzi hissələrində yerləşən heykəlləri dağıdırlar.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR