Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu Fəvvarələr meydanında konsert verəcəklər

Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu Fəvvarələr meydanında konsert verəcəklər
11:22 17 Avqust 2017
150 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 18 və 19-da saat 19:00-da Fəvvarələr meydanında başlayacaq.
Bu barədə “Report”a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.
Belə ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Samirə Allahverdiyeva və "Tin uşaqları" qrupu olacaqlar. Onlar məşhur mahnıları ifa edəcəklər. 
Qeyd edə ki, “Retro Bakı” Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilir. 



Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/samire-allahverdiyeva-ve-tin-usaqlari-qrupu-fevvareler-meydaninda-konsert-verecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR