"Bu qrupların Azərbaycanda dayaq tapması mümkünsüzdür"

"Bu qrupların Azərbaycanda dayaq tapması mümkünsüzdür"
11:44 17 Avqust 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

"Ötən illərlə müqayisədə Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyət bir xeyli yaxşılaşıb, bu sahədəki təhdidlərin bir xeyli hissəsinin aradan qalxdığını demək olar".

 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov söyləyib.

 

 

G. İsmayılov deyib ki, bunun səbəbi həm inzibati, həm iqtisadi sahədə dini radikal təşkilatlara qarşı aparılan mübarizə, eyni zamanda maarifçilik sahəsində apardılan işlərlə əlaqədardır: "Radikal dini qrupların Azərbaycanda ciddi dayaqları yoxdur, belə dayaqların olması da mümkün deyil. Dini radikalizm savadsızlıq, xurafat, təhsildən yayınma meylləri olan ölkələrdə, bölgələrdə yayılır. Biz də əsasən xurafat meyllərinə qarşı mübarizə aparırıq, radikal dini qruplara qarşı inzibati tədbirlərin həyata keçirilir".

 

Suriya və İraqda İŞİD terror təşkilatına qarşı mübarizə fonunda radikal dini qrupların nümayəndələrinin Qafqaza, Azərbaycana dönüşü ehtimalı barədə səslənən fikirlərə gəlincə, G. İsmayılov bildirib ki, Azərbaycanda son illər ölkədən kənardakı münaqişə zonalarında silahlı birləşmələrə qoşulma halı qeydə alınmayıb: "Bunun özü də deməyə əsas verir ki, Azərbaycanda dini radikalizmə qarşı görülən işlərin konkret nəticələri var. Hansısa radikal dini, terror qruplarının Azərbaycana təsir etməsini real saymıram. Çünki Azərbaycanın iqtisadi imkanları, hüquq-mühafizə orqanlarının bu sahədə fəaliyyəti, eyni zamanda paralel olaraq aparılan ideoloji iş bu cür qrupların Azərbaycanda özlərinə dayaq tapmasını mümkünsüz edir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR