Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 14% artıb

Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 14% artıb
11:47 17 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 14% artaraq 2017-ci ilin yanvar-iyul ayları ərzində 1 693,198 mln. ABŞ dollarına çatıb.
“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu müddətdə ixrac illik 49,6% artaraq 522,821 mln. dollar, idxal 3,3% artaraq 1 170,376 mln. dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin mənfi saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 17% azalaraq 647,555 mln. dollar olub.
Ümumiyyətlə, Azərbaycanın cəmi ixracının 8,50%-i, idxalının isə 26,78%-i məhz MDB ölkələrinin payına düşüb.
MDB ölkələrindən əsas tərəfdaş olan Rusiyaya ixrac illik müqayisədə 55% artaraq bu ilin ilk yeddi ayı ərzində 329,113 mln. dollara yüksəlib. İdxal isə əksinə, 7% azalaraq 785,954 mln. dollara enib. Ölkə üzrə ixracın 5%-ni, idxalın isə 18%-ni Rusiya ilə ticarət əlaqələri əhatə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanla-mdb-olkeleri-arasinda-ticaret-dovriyyesi-14-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR