Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib

Arzu Rəhimov Şamaxıda vətəndaşları qəbul edib
11:52 17 Avqust 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı.16 avqust. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Şamaxıda dörd regiondan olan vətəndaşları qəbul edib.
”Report”un Şirvan bürosu xəbər verir ki, Qəbuldan öncə Arzu Rəhimov Şamaxı rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevlə birgə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb. 
Qəbulda Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından 30-a yaxın vətəndaşın müraciəti dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul və digər məsələlərlə bağlı olub.
General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.







Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/arzu-rehimov-samaxida-vetendaslari-qebul

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR