Bakıda müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək

Bakıda müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək
11:57 17 Avqust 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Bakıda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq qruplarında dərs deyəcək pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil ediləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, proqram Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
“Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma proqramı çərçivəsində təlimlər avqustun 21-dən 25-dək davam edəcək.
Proqram kiçik yaşlı şagirdlər və məktəbəqədər təhsil müəssisələrindəki uşaqlar arasında ən geniş yayılmış nitq qüsuru - dislaliya haqqında geniş bilikləri əks etdirir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakida-muellimler-ucun-ixtisasartirma

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR