Azərbaycan Premyer Liqasında II turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında II turun proqramı açıqlanıb
12:17 17 Avqust 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib. 
"Report"un məlumatına görə, "Səbail" və "Kəpəz" klubları rəqiblərini öz meydanlarında keçirə bilməyəcəklər.
"Bayıl Arena" təmirdə olduğundan, "Neftçi" ilə görüş "Dalğa Arena"da, Gəncə şəhər stadionunun ot örtüyü hazır olmadığından, "Zirə" ilə qarşılaşma Yevlax şəhər stadionunda baş tutacaq.
Azərbaycan Premyer Liqası, II tur
19 avqust (şənbə)
18:00. “Səbail” – “Neftçi”
“Dalğa Arena”
20:00. “Qarabağ” – “İnter”
“Azərsun Arena”
20 avqust (bazar)
17:00. “Kəpəz” – “Zirə”
Yevlax şəhər stadionu
20:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun bütün görüşləri CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-premyer-liqasinda-ii-turun-proqrami-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR