Bu il Azərbaycanda torpaqdan əsassız və qanunsuz istifadəyə görə 673 protokol tərtib edilib

Bu il Azərbaycanda torpaqdan əsassız və qanunsuz istifadəyə görə 673 protokol tərtib edilib
12:47 17 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Bu ilin əvvəlindən İnzibati Xətalar Məcəlləsinin (İXM) tələblərinə əsasən, Azərbaycanda torpaqdan əsassız və qanunsuz istifadəyə görə 673 hal üzrə inzibati protokol tərtib edilib, 655 min manata yaxın cərimə tətbiq olunub.
“Report” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, inzibati protokolların 35-i Bakının, 638-i isə regionların payına düşür. Bu protokollar dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin İXM-nin 244-248, 250-251 maddələrində qeyd olunan halların pozulmasına görə tərtib edilir. Zəbt olunma isə Cinayət Məcəlləsi ilə tənzimlənir. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bu-il-azerbaycanda-torpaqdan-esassiz-ve-qanunsuz-istifadeye-gore-673-protokol-tertib-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR