AtaBank “Mastercard” debet və kredit kart sahiblərinə 15% endirim təklif edir

AtaBank “Mastercard” debet və kredit kart sahiblərinə 15% endirim təklif edir
12:52 17 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ “AtaBank” ASC “MasterCard” beynəlxalq ödəniş sistemi yeni birgə reklam aksiyasına start verib.
Bu barədə “Report”a Bankdan bildirilir.
Məlumatda deyilir ki, bu ilin sonuna qədər “AtaBank”ın “Mastercard” və yaxud “Maestro” debit və kredit kart sahibləri “MyDutyFree” saytından (www.mydutyfree.net) və yaxud “App Store”/”Play Store”dan yüklənən tətbiq vasitəsilə əvvəlcədən sifariş etməklə Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən “Duty Free” mağazalarındakı mallara 15% endirim əldə edə bilərlər.
Endirimdən faydalanmaq üçün aşağıdakı qaydalara əməl edilməlidir:
“MyDutyFree” saytı və yaxud tətbiq üzərindən seçilən məhsul əvvəlcədən sifariş edilir. Sifarişi edərkən müvafiq xanaya “MastercardBaku” promokodunu daxil edilir. Uçuş tarixzdə aeroportun 1-ci terminalda yerləşən xüsusi “MyDutyFree” kassalarında istənilən növ “AtaBank”-ın “Mastercard”/”Maestro” plastik kartları ilə ödəniş həyata keçirilir və məhsulun tam dəyəri ödənilir.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" 100% yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında 31 filialı və şöbəsi fəaliyyət göstərən Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/atabank-mastercard-debet-ve-kredit-kart-sahiblerine-15-endirim-teklif-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR