Ağdaş sakini həmyerlisi tərəfindən bıçaqlanaraq öldürülüb

Ağdaş sakini həmyerlisi tərəfindən bıçaqlanaraq öldürülüb
13:07 17 Avqust 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Ağdaş rayon sakini həmyerlisi tərəfindən bıçaqlanaraq öldürülüb.
"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Qəribli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini Sahib Həsənov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi Cabir Səfxanov tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdas-sakini-hemyerlisi-terefinden-bicaqlanaraq-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR