“Bəsdirin də, bambılılar, düşüklər” – Səidə Sultan YIXIB-SÜRÜDÜ - FOTO

“Bəsdirin də, bambılılar, düşüklər” – Səidə Sultan YIXIB-SÜRÜDÜ - FOTO
13:13 17 Avqust 2017
244 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Səidə Sultan instaqram hesabında “like” xəstəsi olan tanışlarını tənqid edib.

Publika.az xəbər verir ki, onları “düşük” olmaqda günahlandıran ifaçı bunları yazıb:

“İndiki zamanda bəzi insanları elə bil instaqram əkib, doğub. Bəziləri “like” toplamaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Başlayırlar ki, “Bu nədi e? Məni niyə izləmirsən, “like” etmirsən? Niyə izləmədən çıxarmısan? Bəsdirin də, bambılılar, düşüklər. Hələ bir adamdan küsürlər, inciyirlər də… İzləmirəm, bəyənmirəm, əcəb edirəm. Şəxsən mən məni izləməyənə, bəyənməyənə əhəmiyyət vermirəm. Gözüm aydın, mən də onu izləmərəm. Ona görə həmin adama deməliyəm ki, bu nə deməkdir?! Ya da sırtıq kimi, yapışmalıyam ki,”like” et? Bir onu bilirəm ki, insanların yarı faizi tanınmaq, ulduz olmaq istəyirlər. Vallah, biz yalan olmuşuq!”

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/210159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR