Bir həftədə 5 kilo arıqladır

Arıqlamaq üçün uzun və ağır pəhriz menyusuna ehtiyac yoxdur.  

 Metbuat.az bir həftədə 5 kilo itirəcəyinizə səbəb olan 3 qidanı təqdim edir.

Yulaf

Yulaf protein baxımından olduqca ləzzətli və faydalı qidadır. Yulafdakı protein və müxtəlif minerallar bədəninizin gündəlik protein ehtiyacını qarşılamağa yetərlidir.

Qatıq

Qatıq isə yağ yandırmaqda olduqca təsirlidir. Maddələr mübadiləsini sürətləndirir. Eyni zamanda, lazımsız yağları bədəndən atmağa yardım edir.

Xurma

Xurma qandakı şəkəri nizamlayır, yaddaşa faydalıdır. Diabet və yüksək təzyiqə qarşı şəfalıdır. Doğuş zamanı uşaqlığın rahatlıqla açılmasını təmin edir. Doğumdan sonra qadınların ehtiyacı olduğu qidaları qarşılayır. Güclü antioksidantdır.

Saydığımız bu qidalar bir araya gəldiyi zaman çəki atmağa yardım edir və insanda toxluq hissi yaradır.

Tərkibi:

4 ədəd xurma

1 kasa qatıq

1 fincan yulaf əzməsi

Hazırlanması:

Xurmaları 2 hissəyə bölün. Digər məhsullarla qarışdırın. Həddindən artıq yağlı, duzlu və şəkərli qidalardan uzaq durun. Qidalanmağınıza diqqət edərək yemək aralarında bu qarışıqdan istifadə edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Gündə 4-5 stəkan çay içənlər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR