Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi - FOTOLAR

Mahir Mədətov cazibədar teleaparıcıya gül göndərdi -   FOTOLAR
14:37 17 Avqust 2017
251 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətov “CBC Sport” telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərib.


Ölkə.az-a bu barədə məlumat verən şəxs qeyd edir ki, ulduzu parlayan futbolçumuz cazibədar aparıcıya jest edərək telekanala Nərmin Cana çatdırılması üçün gül buketi göndərib. Nərmin Can isə öz növbəsində gül buketini qəbul edib.


Qeyd edək ki, Mahir Mədətov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Danimarkanın “Kophenagen” komandasının qapısına vurduğu qoldan sonra yenidən diqqət mərkəzinə düşüb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mahir-mdtov-cazibdar-teleaparcya-gul-gondrdi-t59975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR