KİV: Yəməndə husi qiyamçıları ABŞ səfirliyinin 3 əməkdaşını tutub

KİV: Yəməndə husi qiyamçıları ABŞ səfirliyinin 3 əməkdaşını tutub
14:37 17 Avqust 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Yəməndə husi qiyamçılarına aid “təhlükəsizlik xidməti” ABŞ-ın Sanadakı səfirliyinin 3 əməkdaşını tutaraq naməlum istiqamətə aparıblar.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bir müddət əvvəl qiyamçıların BMT-nin Yəməndəki Humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin və ABŞ-ın Sanadakı səfirliyinin 12 əməkdaşını saxladığı bildirilmişdi.
BMT-nin ofisi əməkdaşlarının tutulması barədə yayılan xəbəri təkzib edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-yemende-husi-qiyamcilari-abs-sefirliyinin-3-emekdasini-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR