Bakıda həvəskar rəssamın sərgisi açılıb

Bakıda həvəskar rəssamın sərgisi açılıb
14:47 17 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda həvəskar rəssam Nazim Həsənzadənin sənət əsərlərindən ibarət sərgi açılıb.
"Report" xəbər verir ki, Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən sərgidə fırça ustasının 80-dək əsəri nümayiş olunur.
Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov çıxış edərək rəssamın əsərlərinin əhəmiyyətindən danışıb. Rəssamın yaradıcılığını yüksək qiymətləndirən R.Kərimov ona sənət uğurları arzulayıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi bir həftə davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bakida-heveskar-ressamin-sergisi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR