Həmkəndlisini döyüb öldürən Gədəbəy sakini haqda

Həmkəndlisinə ölümcül xəsarət yetirən Gədəbəy sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, avqustun 13-də Gədəbəy rayonunun Arıxdam kənd sakini Telman Qurbanov qarın nahiyəsinin küt xəsarəti ilə xəstəxanaya gətirilib və avqustun 16-da orada ölüb.

Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə avqustun 13-də T.Qurbanovu həmkəndlisi Kamil Muxtarov tərəfindən münaqişə zəminində döyməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə K.Muxtarov saxlanılıb.

Araşdırma aparılır.

Bakıda kafe yandı - FHN - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR