İŞİD jurnalistləri edam etdi

İŞİD jurnalistləri edam etdi
00:16 9 Yanvar 2015
300 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçu qruplaşması iki jurnalisti edam edib.

ANS PRESS-in məlumatına görə, bu barədə France Press xəbər agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, İŞİD-in Liviyadakı döyüşçüləri iki tunis jurnalisti edam ediblər. Terrorçular özləri bu barədə açıqlama veriblər.

Terrorçular bildirirlər ki, edam edilənlər 2014-cü ilin sentyabrında itmiş Sofen Şurabi və Nadir Ktarindir.

Tunis hakimiyyəti hələlik jurnalistlərin edam edilməsini təsdiqləməyib.

Qeyd edək ki, İŞİD-çilər bundan əvvəl də amerikalı, fransalı və britaniyalı jurnalistləri də edeam etmişdilər. Onların başlarını kəsmişdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR