Şirvanda QƏTL

Şirvanda QƏTL
15:24 17 Avqust 2017
232 Digər
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərində qətl törədilib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər sakini Əvəz adlı şəxs (soyadı hələlik məlum deyil) bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona baxış keçirilərkən aldığı xəsarətdən öldüyü məlum olub.

 

Araşdırmalar zamanı hadisənin Şirvan sakini Məmmədov Anar Malik oğlu tərəfindən törədildiyi müəyyənləşib. Belə ki, A. Məmmədovla həmin şəxs arasında mübahisə düşüb. Dünyasını dəyişən şəxs A. Məmmədovu silahla hədələyib. Bu zaman A. Məmmədov üzərindəki bıçaqla ona xəsarət yetirib. O, daha sonra yaralını xəstəxanaya çatdırıb və polisə təslim olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR