“Kopenhagen” - “Qarabağ” oyunu meydan sahiblərinin baş məşqçisi üçün əlamətdar olacaq

“Kopenhagen” - “Qarabağ” oyunu meydan sahiblərinin baş məşqçisi üçün əlamətdar olacaq
15:27 17 Avqust 2017
189 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ “Kopenhagen” və “Qarabağ” komandaları arasında keçiriləcək Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab oyunu Danimarka təmsilçisinin baş məşqçisi Stole Solbakken üçün əlamətdar olacaq.
“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis avqustun 23-də avrokuboklarda 100-cü oyununa çıxacaq. Son 10 ev oyununda "Kopenhagen" yalnız 1 dəfə uduzub. “Qarabağ” isə cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin II və III təsnifat mərhələsində müvafiq olaraq, “Samtredia” (1:0) və “Şerif”i (2:1) məğlub edib. "Qarabağ" ilk "pley-off" görüşündə "Kopenhagen"i minimal hesabla yenib - 1:0. İndi Solbakken yubiley matçında bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. 
Qeyd edək ki, Stole Solbakken futbolçu karyerasını ürəyində yaranan problemlə əlaqədar 32 yaşında məhz “Kopenhagen”də başa vurub. O, daha əvvəl 2006 - 2011-ci illərdə paytaxt klubunda baş məşqşi vəzifəsində çalışıb. 2012-2013-cü illərdə Almaniyanın “Köln” və İngiltərənin “Vulverhempton” komandalarında etimadı doğrultmayan norveçli mütəxəssis yenindən “Kopenhagen”ə dönüb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kopenhagen-qarabag-oyunu-meydan-sahiblerinin-bas-mesqcisi-ucun-elametdar-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR