Yardımlı polisi Ağcabədi sakinlərindən 2 kiloqram tiryək götürüb

Yardımlı polisi Ağcabədi sakinlərindən 2 kiloqram tiryək götürüb
15:52 17 Avqust 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Yardımlı. 17 avqust. REPORT.AZ/ Yardımlı rayonunda Ağcabədi sakinlərindən 2 kiloqram tiryək götürülüb.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər. 
Əməliyyat məlumatı əsasında rayon ərazisində hərəkətdə olan Ağcabədi rayon Hindarx kənd sakini 1961-ci il təvəllüdlü Həsənov Fizuli Məhərrəm oğlunun idarə edtiyi "Mersedes" markalı, 10 UR 820 dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılaraq polis şöbəsinə gətirilib. 
Avtomaşına baxış zamanı saxlanc yerində bağlamada 2 kiloqram çəkidə narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb. Avtomaşında olan sərnişin sürücünün həmkəndlisi olan 1983-cü il təvəllüdlü Babayev Sabit Ələddin oğlu da istintaqa cəlb edilib. 
Narkotik vasitənin kimdən alındığı barədə məlumat verilmir. 
Faktla bağlı Yardımlı Rayon Polis şöbəsində araşdırma aparılır.  

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yardimli-polisi-agcabedi-sakinlerinden-2-kiloqram-tiryek-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR