Murad Bozla Aslı Enverdən ŞAD XƏBƏR - FOTO

Murad Bozla Aslı Enverdən ŞAD XƏBƏR - FOTO
15:53 17 Avqust 2017
234 Şou
Ölkə mətbuatı
A- A+

Murad Bozla Aslı Enverdən gözlənilən xəbər gəlib.

Publika.az Türkiyə mətbuata istinadən xəbər verir ki, “Kardeşim benim” çəkilişlərində tanış olan aktrisa Aslı Enverlə müğənni Murad Boz münasibətlərini rəsmiləşdirməyə qərar verib.

Kappadokiyada “Kardeşim benim 2” filminin çəkilişlərinə başı qarışan Murad Boz Qurban bayramından sonra ailəsi ilə birlikdə Aslı Enverə elçi gedəcək. Cütlüyün toyu gələn il yayda baş tutacaq.

Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl Murad Bozun adı Bahar Candan ilə hallanmışdı. Bu hadisədən sonra cütlük sosial şəbəkədə ayrıldığını elan etmişdi.

Aslı Enver 2012-ci ildə həmkarı Birkan Sokullu ilə evli olub. 2015-ci ilin yayında isə boşandıqlarını elan ediblər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/210175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR