Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək

Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək
16:12 17 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Qəbələ rayonunda V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək.
Bu barədə "Report"a Milli Turizm Təbliğat Bürosundan məlumat verilib. 
Avqustuna 26-da baş tutacaq festivalda 25 ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin iştirakı nəzərdə tutulur.
Azərbaycan mədəniyyətinin və milli kulinariyasını təbliğ etmək məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb, rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş olunacaq.
Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.  






Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/qebelede-v-beynelxalq-murebbe-festivali-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR