ADU-da Polşa Mərkəzi yaradılacaq

ADU-da Polşa Mərkəzi yaradılacaq
16:32 17 Avqust 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini Yan Çeçiçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a ADU-nun İnformasiya Departamentindən məlumat verilib. 
Azərbaycan-Polşa əlaqələrinin sağlam təməl üzərində qurulduğunu deyən K.Abdulla bildirib ki, bu əlaqələr bundan sonra da ciddi və faydalı istiqamətdə inkişaf edəcək: "Qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində bu istaqamətdə daha böyük işlər görüləcək. Polşa universitetlərində də Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixi tədris edilməli, bu məqsədlə yeni mərkəzlərin açılması vacibdir. Bu məsələ düşünürəm ki, həm sizin, həm də bizim marağımızda olmalıdır”.
O, universitetdə fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verərək Polşa Mərkəzinin yaradılmasını təklif edib: “Ümid edirəm ki, ölkənizlə universitetimiz arasında əlaqələr güclənəcək. Biz bu istiqamətdə əlimizdən gələni etməyə hazırıq”.
Polşa Xarici işlər nazirinin müavini Yan Çeçiçak əlaqələrin daha yüksək səviyyədə inkişafı ilə bağlı rektorun səsləndirdiyi fikirlərlə həmrəy olduğunu bildirib. O, universitetdə Polşa Mərkəzinin yaradılması ideyasını dəstəkləyir və bu ideyanın həyata keçməsi üçün lazım olan addımların tez bir zamanda atılmasına çalışacaq.
Görüşün sonunda qonaqlara ingilis dilinə çevrilmiş "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı hədiyyə olunub.














Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/adu-da-polsa-merkezi-yaradilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR