Azərbaycanın intim səhnələrdə rol alan aktirisaları

Filmdə sevgi, açıq-saçıq səhnələr həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Biz bu cür səhnələri daim xarici filmlərdə izləmişik.

Azərbaycanda zaman-zaman belə səhnələrə çəkilən aktrisalar qınaq obyektinə tuş gəlib. Bu tənqidlərə görə də aktrisaların bəziləri çox istədikləri rolları oynaya bilmir, onun həsrəti ilə yaşayırlar. Amma həmin tənqidlərə sinə gərən cəsarətli aktrisalarımız da az deyil. 

Mətbuat.az Azərbaycan filmlərindəki açıq-saçıq səhnələrlə bağlı həmin rollarda çəkilən aktrisaların fikirlərini təqdim edir:

Aktrisa Vəfa Zeynalovanın illər öncə çəkildiyi "İlahi məxluq" filmindəki bir səhnə böyük ajiotaja səbəb olmuşdu. Bu məsələ o dərəcədə böyüdü ki, hətta az qala aktrisanın ailəsinin dağılma təhlükəsi yaranmışdı. O, həmin söz-söhbətdən sonra bu fikirləri söyləyimişdi :  

"Həmin insanlara demək istəyirəm ki, seks və erotika sözlərini özləri üçün təhlil eləsinlər, görsünlər nə deməkdi, sonra fikir yürütsünlər. İzləyicilər açıq-saçıq səhnələri qonşu ölkələrin filmlərində qəbul edirlər. Amma özümüzdə yox”.

"Qatil" tamaşasında aktrisa Münəvvər Əliyevanın aktyor Hikmət Rəhimovla oynadığı intim səhnələr gündəmi zəbt etmişdi. Münəvvər xanım daha öncə bu cür açıq-saçıq səhnələrə görə Rövşən İsaxın çəkdiyi "Aktrisa" filmində baş rolu oynamaqdan imtina etmişdi. Rejissor əlacsız qalaraq baş rolda belaruslu Alisa Kaçeri çəkmişdi. 

M.Əliyeva isə bildirmişdi ki, vücudunu çılpaq göstərə bilməz. Ancaq o, "Qatil" tamaşasından sonra ürəklənmişdi:

“Rejissor tələb edir. Razı olmadıqda gərək obrazdan imtina edəsən. Aktrisanın borcu rejissorun verdiyi tapşırığı yerinə yetirməkdir. Əks təqdirdə rejissor deyir ki, "xoş getdin". Əslində, məndə açıq-saçıq səhnələrə çəkilməklə bağlı kompleks var idi. Sonra dərindən düşündüm ki, bu mənim sənətimdir, işimdir”.  

"Aktrisa" filminə dəvət alan aktrisalardan biri də Günel Məmmədova idi. O, filmə baxandan sonar təklifi qəbul etmədiyinə görə peşman olduğunu söyləmişdi. Hətta müsahibəsində demişdi ki, Azərbaycanda yüngül sevgi səhnələrinə çəkilər. Lakin intim kadırlara çəkilmək üçün xarici ölkələrdən təklif gəlsə, çəkinmədən razılıq verər.

“Təhminə və Zaur” filminə rejissor Rasim Ocaqov öncə Mehriban Xanlarovanı dəvət etmişdi. Aktrisa intim səhnələrə çəkilməyə də razı olmuşdu. Ancaq nədənsə Rasim Ocaqov qəfildən Meral Konratı bu filmə dəvət edib. Əslində Azərbaycanda ilk dəfə fahişə roluna Şahmar Ələkbərovun "Sahilsiz gecə" filmində Mehriban Xanlarova çəkilib. Erotik rol idi. Ancaq tamaşaçılar arasında çox söz-söhbət gəzirdi. Hətta aktrisanın döyüldüyü söylənilmişdi.

Teatrda soyunan ilk aktrisa isə Zümrüd Qasımova olub. Və bununla da məşhurlaşıb. “Yuğ” Teatrında Vaqif İbrahimoğlunun hazırladığı "Canımda can" tamaşasına çəkiləndə aktrisanın 18 yaşı olub. O sonralar bunun üçün peşiman olmadığını söyləmişdi. Ancaq illər ötdükcə, o da başqa aktrisalar kimi açıq səhnələri qəbul etməd.

"Açıq səhnələrim..." "Məhkumlar", "Toy gecəsi" seriallarında birmənalı qarşılanmayan qadın obrazlarını canlandıran aktrisa Səmimə Səlimova deyir ki, maksimum çəkildiyi açıq səhnələri gecə köynəyindədir:

""Space" telekanalında "Tək olanda qorxma" serialına təklif almışam. Orda ərinə xəyanət edən rus qızını canlandırıram. O rolla bağlı açıq-saçıq səhnə var. Hətta birinə çəkilmişəm, sadəcə, intim səhnə deyil. Mən çox açıq səhnədə çəkilmərəm. Açıq səhnəyə Azərbaycanda ehtiyac yoxdur. Tamaşaçı o qədər arifdir ki, bir işarədən də hər şeyi başa düşür. Əgər reytinq xatirinə bunu edirlərsə, sənət baxımından bunu düzgün hesab etmirəm".

"Müharibə" tamaşasında zorlanma səhnəsində çəkilən aktrisa Kəmalə Müzəffər bu təklifi tərəddüdsüz qəbul edib. Aktrisa bu tamaşada oynadıqdan sonar belə bir fikir bildirmişdi ki, onun üçün heç nəyin fərqi yoxdur: “Müharibə dövründə məni hamı zorlayıb".  

Aktrisa Dilarə Nəzərova "Bu tip qadınları qınayıram" desə də, "Gürzə" filmində "Ziba" rolunu ifa edərkən geyindiyi geyim sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. Aktrisa niyə bu filmə çəkildiyinin izahını belə vermişdi:  

“"Ziba" obrazını canladırmağımın ən əsas səbəblərindən biri də, belə həyat tərzi keçirən qadınların sözügedən filmə baxaraq bu yolun faciə ilə bitəcəyini dərk etməsini istəməyimdir. Həyatın acı həqiqətlərini yalnız xəbərlərdə deyil, filmlərdə də göstərmək lazımdır".

Aktrisa Türkan Əliyeva isə "Qız yükü" serialında yataq səhnəsi ilə məşhurlaşmışdı. Bu səhnədən sonar atası onu danışdı. Aktrisa bu mövzuda ünvanlanan suala belə cavab vermişdi:

“Hətta xaricdən təklif gəlsə, porno filmlərə də çəkilərəm”.

“Gecə qonağı” filmində aktyor Fərda Xudaverdiyevlə tərəf müqabili olan aktrisa Pərvin Abıyevanın da çəkildiyi səhnələr xeyli müzkirələrə səbəb olmuşdu. Aktrisa bu filmdən əvvəl belə açıqlama vermişdi: 

“Bizdə hələ kino o dərəcədə inkişaf etməyib ki, erotik səhnələr çəkilə, insanlar da bunu normal qəbur edə. Bundan başqa, mən hər zaman ailəmi, qardaşımı düşünürəm. Kimsəsiz olsaydım, erotik səhnəyə çəkilə bilərdim, heç nəyə baxmadan, istədiyim kimi yaşayardım. Çox heyif ki, Azərbaycandayıq, mentalitet məsələləri var, bunlar ağır məsələlərdir. Amma xarici bir ölkədə dünyaya gəlsəydim, yüngül erotik səhnələr, öpüş səhnələri, açıq qeyimlər yolverilən olardı".

Kleopatranın sirli maskası - illərdir onun cavanlığını qoruyub - MÜSAHİBƏ - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR