Qozlu göbələk dolması

Göbələk sevənlər üçün çox dadlı və fərqli reseptimiz var.

Metbuat.az bu dəfə qozlu göbələk dolmasının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

12-14 ədəd iri göbələk

Yarım dəstə səmizotu

1 çay stəkan qoz ləpəsi

2 diş sarımsaq

5 ədəd qurudulmuş pomidor

1 yemək qaşığı zeytun yağı

Yarım stəkan sürtgəcdən keçirilmiş kaşar pendiri

1 yemək qaşığı kərə yağı

Duz, qara istiot

Hazırlanması:

Səmizotunun yarpaqlarını təmizləyib yaxşıca yuyun. Blenderə sarımsaq, zeytun yağı, qoz ləpəsi, qurudulmuş pomidor, duz və qara istiot əlavə edin. Üzərinə səmizotu əlavə edib 1-2 dəfə təkrar blenderdən keçirin. Göbələkləri saplaq qismindən ayırıb yuyun və qurulayın. Ortasına səmizotulu içliyi əlavə edin. Kərə yağı ilə yağladığınız soba sinisinə düzün. Üzərinə bir yemək qaşığı kərə yağı gəzdirin. Öncədən 180 dərəcə isidilmiş sobada 10 dəqiqə bişirin. Sobadan çıxarmağa yaxın kaşar pendirini də üzərinə əlavə edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Şaurmanı evdə hazırlayın - Resept - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)