Ukrayna Sərhəd Xidmətinin sözçüsü: “Mixeil Saakaşvili ölkəyə buraxılmayacaq”

Ukrayna Sərhəd Xidmətinin sözçüsü: “Mixeil Saakaşvili ölkəyə buraxılmayacaq”
17:07 17 Avqust 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ "Ukrayna sərhədçiləri Mixeil Saakaşvilini etibarsız pasportla ölkəyə buraxmayacaqlar".
“Report” xəbər verir ki, bunu Ukrayna Sərhəd Xidmətinin sözçüsü Oleq Slobodyan “İnterfax-Ukraina”ya bildirib.
Onun sözlərinə görə, belə halda etibarsız pasport müsadirə edilir, həmin şəxs isə ölkə ərazisinə buraxılmır: “Belə bir şəxs gəldiyi yerə geri dönməlidir”.
Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixeil Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacağını vəd edib.
Xatırladaq ki, cari il iyulun 26-da Ukrayna prezidenti Pyotr Poroşenko onu ölkə vətəndaşlığından məhrum edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/mixeil-saakasvili-olkeye-buraxilmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR