UEFA "Kopenhagen" klubunun Maksim Medvedevlə bağlı şikayətini rədd edib

UEFA "Kopenhagen" klubunun Maksim Medvedevlə bağlı şikayətini rədd edib
17:12 17 Avqust 2017
159 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ UEFA Danimarka "Kopenhagen"inin "Qarabağ"ın futbolçusu Maksim Medvedevlə bağlı etdiyi şikayətə baxıb. "Report"un "Kopenhagen"in rəsmi saytına istinadən verdiyi məlumata görə, etiraz məktubu əlavə əsaslandırma göstərilmədən rədd edilib. 
Avropa futbol qurumu qərardan apellyasiyanın qeyri-mümkünlüyünü də diqqətə çatdırıb. Bu isə o deməkdir ki, Medvedev avqustun 23-də "Parken" stadionunda keçiriləcək cavab görüşündə də meydana çıxa biləcək.  
Qeyd edək ki, "Kopenhagen" Bakıdakı görüşdə Maksim Medvedevin Pyer Benqtssonun sifətinə qəsdən zərbə endirdiyini iddia edərək, onun cəzalandırılmasını istəyirdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-kopenhagen-in-maksim-medvedevle-bagli-sikayetini-redd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR