Vladimir Doroxin: "Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün yox, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir"

Vladimir Doroxin: "Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün yox, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir"
17:22 17 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ "İndi də Müslüm Maqomayevin Rusiya və Azərbaycan əlaqələrində xidməti davam edir. Özü də zaman öz axarı ilə getsə də, onun bu xidmət azalmır, əksinə, çoxalır. Hazırda Rusiya telekanallarında bu yubileyə həsr olunmuş nə qədər verilişin nümayiş olunduğunu təsəvvür belə edə bilməzsiz".
"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
Onun sözlərinə görə, M.Maqomayev haqqında hər şeyin danışıldığı təəssüratı yaransa da, hər dəfə onun bioqrafiyasında yeni məqamlar üzə çıxır və bu, insanlara maraqlıdır.
"Başqa cür ola da bilməzdi. Çünki o, böyük istedad sahibi idi. Bu əlaqəni unutmamağımız, onu davam etdirməyimiz də yaxşı haldır. Məncə, Müslüm Maqomayev yalnız yaddaşımızda yaşamaq üçün yox, həm də Moskva və Bakı arasında münasibətlər üçün vacibdir", - səfir bildirib.
V.Doroxin əlavə edib ki, bu gün o, Müslüm Maqomayevin Fəxri Xiyabandakı məzarını ziyarət edəcək.
"Hər il iki dəfə - onun doğum və ölüm günündə məzarı ətrafına toplaşırıq", - diplomat vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/vladimir-doroxin-maqomayev-yalniz-yaddasimizda-yasamaq-ucun-yox-hem-de-moskva-ve-baki-arasinda-mu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR