Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək

Sabah Boliviyanın XİN başçısı Azərbaycana gələcək
17:22 17 Avqust 2017
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Sabah Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə məlumatı "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumt verilib. 
Səfər çərçivəsində Fernando Uanakuni Mamani Azərbaycanın baş naziri Artur Rasi-zadə tərəfindən qəbul olunacaq, xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.
Nazirlər Azərbaycan hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi haqqında saziş imzalayacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sabah-boliviyanin-xi-n-bascisi-azerbaycana-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR