Rusiya XİN: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işləyir

Rusiya XİN: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işləyir
17:27 17 Avqust 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ "Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasına yönəldilmiş tədbirləri dəstəkləyib".
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar atmağa ehtiyac olmasıyla bağlı fikrini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu istiqamətdə konkret addımların zərurəti barədə həmsədrlər bəyanata yayıblar, Vyana və Sankt-Peterburq sammitlərində danışılıb: "Ancaq bu addımların həyata keçirilməsi münaqişə tərəflərinin xoş iradəsindən asılıdır".
M.Zaxarova Rusiyanın vəziyyəti sabitləşdirmək və nizamlanma əldə edilməsinə yönəlmiş danışıqlar prosesinin davam etdirilməsi üçün şərait yaradılması baxımından əlindən gələn hər şeyi etdiyini vurğulayıb: "Bu ilin aprel ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iclası zamanı məhz bu cür yanaşma var idi".
Rusiya XİN rəsmisi həmçinin hazırda həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti sammitə hazırlıq üzərində işlədiyini bildirib: "Məsləhətləşmələr BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində davam etdiriləcək".
Sonda M.Zaxarova Qarabağ münaqişəsinin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu xatırladıb.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/rusiya-xi-n-hemsedrler-dagliq-qarabag-munaqisesinin-nizamlanmasi-uzre-novbeti-sammite-hazirliq-uzer

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR