Türkiyəli nazir: "STAR" Türkiyə üçün önəmli layihədir"

Türkiyəli nazir: "STAR" Türkiyə üçün önəmli layihədir"
17:27 17 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Bu gün Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə inşası davam edən “STAR” Neft Emalı Zavodunun (NEZ) ərazisininə baş çəkib.
“Report” xəbər verir ki, “SOCAR Turkey Enerji A.Ş”-nin baş direktoru Zaur Qəhrəmanov nazirə zavodda həyata keçirilən işlər barədə məlumat verib.
Nazir jurnalistlərə bildirib ki, “STAR” NEZ layihəsi Türkiyə çox önəmli layihədir. “STAR” zavodu ilə neft məhsullarının idxalında ildə 1,5 mlrd. dollarlıq qənaət olacaq. Təyyarə yanacağında isə xaricdən asılılıq başa çatacaq. 2018-ci ildə istehsalata başlayacaq zavod neft-kimya sənayesinin ehtiyacı olan nafta və oxşar məhsulların önəmli miqdarını qarşılayacaq”.
Qeyd edək ki, "STAR" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Zavod istifadəyə verildikdən sonra ildə 10 mln. ton xam neft emal gücünə malik olacaq. Burada ildə 4,7 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 320 min ton LPG, 1,6 mln. ton nafta, 690 min ton neft koksu, 159 min ton kükürd və digər məhsullar istehsal olunacaq. Zavodda əsasən “Ural”, "Azeri Light” və Kərkük neft növləri emal ediləcək.
"STAR" zavoduna tələb olunan xərclərin 3,3 mlrd. dolları layihə maliyyələşdirilməsi krediti, 2,4 mlrd. dolları Azərbaycan sərmayəsi ilə qarşılanmaqdadır.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/turkiyeli-nazir-star-turkiye-ucun-onemli-layihedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR