Sudanın dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Sudanın dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
17:42 17 Avqust 2017
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ Sudanın dövlət başçısı Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 
"Report" xəbər verir ki, məktubda deyilir: 
"Zati-aliləri,
Sudan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan müstəqilliyini bərpa edəndən bəri ölkələrimiz arasında bir çox sahələrdə əlaqələr qarşılıqlı dinamik siyasi dialoq, səmərəli və uğurlu əməkdaşlıq əsasında inkişaf edir. Əminəm ki, iqtisadi, ticari, texniki, humanitar sahələrdə və xalqlarımız arasında əlaqələr bundan sonra da hərtərəfli, davamlı və geniş şəkildə inkişaf edəcək.
Mən inanıram ki, birgə səylərimizlə potensialımızdan daha yaxşı istifadə edə və məqsədlərimizə nail ola bilərik.
Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə inkişaf və rifah arzularımı qəbul edin".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sudanin-dovlet-bascisi-azerbaycan-prezidentine-tebrik-mektubu-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR