Nazim İbrahimov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

Nazim İbrahimov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib
17:57 17 Avqust 2017
177 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/  Azərbaycan Qılıncoynatma Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. 
"Report"un məlumatına görə, hesabat-seçki konfransında Federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər, federasiyada baş verən idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.
Daha sonra gündəliyə uyğun olaraq, Federasiyanın rəhbər orqanlarına seçkilər keçirilib, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq olunub.
Hesabat-seçki konfransında iştirak edən üzvlərin səsverməsi əsasında Nazim İbrahimov yekdilliklə yenidən federasiyanın prezidenti seçilib.
Daha sonra hesabat-seçki konfransında vitse-prezident, baş katib və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Ramin Məmmədov Federasiyanın vitse-prezidenti, Asəf Məlikov baş katibi, İslam Rəhimov, Elxan Əhmədov, Sudeyif Quliyev isə nəzarət- təftiş komissiyasına üzv seçiliblər.
Federasiyanın Prezidenti Nazim İbrahimov çıxış edərək, ötən dövr ərzində Azərbaycanın idmanın inkişafı sahəsində qazandığı yüksək nailiyyətlər barədə danışıb, Prezident İlham Əliyevin ölkəmizdə idmana yüksək qayğı və diqqət göstərdiyini vurğulayıb.
Federasiya rəhbəri yeni seçilmiş heyətə Qılıncoynatma Federasiyasının yeni fəaliyyət planının hazırlanması, növ üzrə milli komandaların yarış və təlim-məşq prosesinin hazırlanması, Beynəlxalq Qılıncoynatma Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib.
Qeyd edək ki, hesabat-seçki konfransında Gənclər və İdman Nazirliyinin nümayəndəsi Yaşar Rzayev, Milli Olimpiya Komitəsinin nümayəndəsi Nazir Rəhimov, “Neftçi” İdman -Sağlamlıq Klubunun təmsilçisi Elmir Babanlı və digər təşkilatların nümayəndələri iştirak edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/nazim-i-brahimov-yeniden-azerbaycan-qilincoynatma-federasiyasinin-prezidenti-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR