"Barselona" yeni transferini rəsmən açıqladı: 40 milyon

"Barselona" yeni transferini rəsmən açıqladı:   40 milyon
18:17 17 Avqust 2017
203 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” Braziliya yığmasının yarımmüdafiəçisi Paulinyonun keçidini həll edib. Kataloniya klubu təcrübəli futbolçu ilə münasibətləri rəsmiləşdirib.

 

Tərəflər arasında 4 illik müqavilə imzalanıb. Daha sonra “Barsa” rəhbərliyi Paulinyonu ictimaiyyətə təqdim edib. "Sambaçı" yeni komandasında 15 nömrəli formanı geyinəcək. 

 

Kataloniyalılar bu transferə görə Çinin “Quançjou Everqrand” klubuna 40 milyon avro ödəyiblər.

 

Qeyd edək ki, Paulinyo əvvəllər “Tottenhem” və “Korintians” klublarının uğurları üçün çalışıb.  


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquot-yeni-transferini-rsmn-acqlad-t59980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR