III Dünya müharibəsi bitdi: Putinin sevimli silahı və ABŞ-ın ikinci Perl-Harbor FACİƏSİ

III Dünya müharibəsi bitdi: Putinin sevimli silahı və ABŞ-ın ikinci Perl-Harbor FACİƏSİ
18:18 17 Avqust 2017
223 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ-a adi silahla qalib gəlməyin mümkün olmadığını anlayan cüdoçu Putin kibersilaha pul qoyaraq oyun qaydalarını tamamilə dəyişdi”.

Publika.az xəbər verir ki, bu haqda “The Huffington Post” nəşri üçün siyasi müşahidəçi Maykl Rozenblum yazıb.

“Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki Vladimir Putin bir neçə dəfə deyirdi ki, Sovet İttifaqının dağılması XX əsrin ən böyük geosiyasi faciəsidir. Rusiya prezidenti həmçinin SSRİ-ni bərpa etmək istəyərdi, ancaq əla anlayırdı ki, onun idarə etdiyi Rusiya ABŞ-la rəqabət edə bilməz. Buna görə də Putin başqa yolla getdi. Putin bilirdi ki, hərəkətsiz dayanarsa, ABŞ daha bir əsr dünyanı idarə edəcək”, - o qeyd edib.

Siyasi müşahidəçinin sözlərinə görə, Putin yalnız bacarıqlı kəşfiyyatçı deyil, həm də cüdo ustası kimi öz rəqibinin çəkisindən istifadə edir:

“ABŞ-a adi silahla qalib gəlməyin mümkün olmadığını anlayan cüdoçu Putin kibersilaha pul qoyaraq oyun qaydalarını tamamilə dəyişdi. Noutbuklar və smartfonlarla milyon insan daha çox ziyan vura bilər, nəinki tüfənglərlə silahlanan milyon insan. Amma Amerika kibermüharibəyə hazır deyilidi. Hərb tarix nümunələrlə doludur ki, yeni silah hadisələrin gedişatını tamamilə dəyişdirir. Birinci dünya müharibəsi zamanı britaniyalılar və fransızlar qətiyyən pulemyot atəşi və tikanlı məftillərə hazır deyildilər. İkinci Dünya Müharibəsi zamanı mexanikləşdirilmiş Almaniya ordusu Polşanı dağıtdı. Üçüncü Dünya Müharibəsində isə ruslar kibersilahla Amerikaya qalib gəldilər”.

Rozenblum yazır ki, 2016-cı ildə ABŞ-da seçkilər zamanı Putin ilk dəfə müharibənin bu metodunu tətbiq etdi.

“İradəsiz Donald Trampın emalı Putin üçün uşaq oyunu idi. Ruslar sakit Perl-Harbor (1941-ci il dekabrın 7-də tərkibində 6 təyyarədaşıyan gəmi olan yapon eskadrası gizlincə ABŞ Sakit okean donanmasının Havay adalarındakı Perl-Harbor əsas bazasına yaxınlaşaraq ona güclü zərbə endirdi. Nəticədə 8 linkorndan 5-i batırıldı, 3-ü zədələndi -red.) təşkil etdilər və atəşsiz birinci döyüşü udaraq müvəffəqiyyət qazandılar”, - siyasi müşahidəçi bildirib.

O qeyd edib ki, Putin daha sonra ABŞ-da vətəndaş qarşıdurması təşkil etdi: “ABŞ prezidentin özü heç nə anlamadı. Amerikada həmişə ultrasağlar yaşayırdılar. Ancaq əvvəllər heç kim onları silaha çevirmirdi. Ruslar bunu bacarıqla etdilər”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR