Ağdaşda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Ağdaşda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
18:22 17 Avqust 2017
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş. 17 avqust. REPORT.AZ/ Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
"Report”un Şirvan bürosunun məlumatına görə, qəza rayonun Ləki qəsəbəsində, "Üç yol" deyilən ərazidə qeydə alınıb.
Belə ki "Toyota Prado” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıblar. Onlardan 1961-ci il təvəllüdlü, Ləki qəsəbəsinin sakini Şəhri Qiyas qızı Gözəlovanın vəziyyəti ağır olduğundan Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılara isə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-yol-qezasi-bas-verib-3-nefer-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR