Göygöldə bir nəfərin başı kəsilərək bədənindən ayrılıb, daha birinə ağır xəsarətlər yetirilib

Göygöldə bir nəfərin başı kəsilərək bədənindən ayrılıb, daha birinə ağır xəsarətlər yetirilib
18:27 17 Avqust 2017
255 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl. 17 avqust. REPORT.AZ/ Göygöl rayonunda qətl hadisəsi baş verib. 
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb. 
Belə ki, həmin kəndin sakinləri Təcili Tibbi Yardım Stansiyasına (TTSİ) zəng edərək iki naməlum şəxsin öldüyü barədə məlumat veriblər. 
Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları orada bir nəfərin başının bədənindən ayrıldığını, digərinin isə müxtəlif dəcəli bədən xəsarətləri ilə yaralandığını görüblər. 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, əraziyə baxış keçirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goygolde-bir-neferin-basi-kesilerek-bedeninden-ayrilib-daha-birine-agir-xesaretler-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR