Aralıq dənizində 600 mühacir xilas edildi

Son bir gün ərzində İspaniya sahil mühafizə xidmətinin Aralıq dənizində apardığı əməliyyatlar nəticəsində 600 mühacir xilas edilib. Onlardan 36-sı uşaqdır.

Metbuat.az-ın məlumatına görə, axtarışlar zamanı ümumilikdə 15 qayıq saxlanılıb. Nəzərdə tutulduğundan çox yüklənən qayıqlar hər an bata bilərmiş.

Mərakeşdən istiqamət götürən qaçqınlar, İspaniyaya ordan isə digər Avropa ölkələrinə getmək niyyətində imiş. Həkim nəzarətinə götürülən miqrantlar Mərakeş, Niger, Mali və digər Afrika ölkələrinin vətəndaşlarıdır.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR