"Azercell" 4G dəstəkli yeni smartfon kampaniyası keçirir

"Azercell" 4G dəstəkli yeni smartfon kampaniyası keçirir
19:22 17 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust.REPORT.AZ/ "Azercell Telekom" MMC 4,5 milyonluq abunəçi ailəsi üçün sərfəli smartfon kampaniyalarını davam etdirir. 
Mobil operatordan "Report"a daxil olan məlumata görə, indi "Azercell" ailəsinin üzvləri bu gündən etibarən 4G dəstəkli "LG FLEX 2" smartfonunu sərfəli qiymətlərlə əldə edə bilərlər. 
Belə ki, yeni smartfon kampaniyası çərçivəsində abunəçilər "LG FLEX 2" telefonuna 50% endirimlə aylıq cəmi 45 AZN-dən başlayan ödənişlə sahib olmaq imkanı qazanırlar. Yeni telefonla yanaşı, abunəçi "LG W100" qol saatı hədiyyə, 12 aylıq 5GB, 10GB və ya Limitsiz (50GB) mobil internet paketlərindən faydalanmaq şansı əldə edir.

Kampaniyaya qoşulmaq üçün abunəçilər "Azercell" Müştəri Xidmətləri ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azercell-4g-destekli-yeni-smartfon-kampaniyasi-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR