Bütün cəbhəboyu HÜCUM, iyirmi beş illik müharibənin SONU... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bütün cəbhəboyu HÜCUM, iyirmi beş illik müharibənin SONU... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 17 Avqust 2017
289 Digər
Ölkə mətbuatı
A- A+

Ermənilər Gürcüstanda keçirilmiş NATO təlimlərində iştirak edən Ermənistanın Moskva tərəfindən cəzalandırılacağından ehtiyat edirlər. Ermənistan parlamentinin payız sessiyasında ölkənin Avrasiya İqtisadi İttifaqından çıxış proseduru müzakirə edilə bilər. ABŞ Suriyanın şimalında Türkiyə ordusu ilə vuruşması üçün yeni bir təşkilat qurub. Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumun təxirə salınması üçün şərtlərini açıqlayıb. Koreya böhranında gərginlik azalıb.

“Moskvada Ermənistanın Gürcüstanda keçirilmiş NATO təlimlərində iştirakı faktını həzm edə bilmirlər”. Bu sözləri erməni siyasi şərhçi Sarkis Artsruni yazıb.

Ermənistanın təlimlərdə iştirakının əvvəlcədən Moskva ilə uyğunlaşdırılmasını istisna etməyən şərhçi bununla belə hesab edir ki, vəziyyət Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyaları və ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana səfəri fonunda kəskin dəyişib.

Erməni şərhçi bildirir ki, bir neçə Rusiya nəşri açıq şəkildə Ermənistan hakimiyyətinin Moskvaya sədaqətini şübhə altına qoyur. O, Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerovın erməni mətbuatına açıqlamasını da xatırladıb.

Rusiya İrəvanı cəzalandırır: Moskvadan Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ

"Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib".Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb:

"Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib.

Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik. Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib".

M.Zaxarova qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər:

"Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir".

Ermənistan parlamentinin “Yelk” fraksiyasından olan deputatları payız sessiyasının gedişatında Avrasiya İqtisadi İttifaqından çıxış prosedurunu təklif etməklə hədələyirlər. Bu haqda Ermənistanın “Lragir” nəşri yazıb.

Ermənistanın hakim Respublika Partiyasının nümayəndələri də bu müzakirələrdə həvəslə iştirak edirlər, amma hərçənd Avrasiya İqtisadi İttifaqının “alternativsiz” olması əsas dəlil olaraq qalır.

Respublika Partiyasının parlament fraksiyasının lideri Vaqram Baqdasaryan da bildirib ki, Ermənistanda Avrasiya İqtisadi İttifaqından başqa alternativlər yox idi.

Naira Ayrumyan isə hesab edir ki, əslində Ermənistanda alternativ var idi və Azərbaycan kimi bloklara qoşulmamaq prinsipi ilə hərəkət edə bilərdi.

“Putin həmin gecə Sarkisyana dedi ki...” - Ermənistan PAYIZI GÖZLƏYİR

ABŞ-ın silah-sursat və hərbi təlimlə dəstək verdiyi PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsinə hücum etməsi üçün yeni bir təşkilat qurub. 14 avqust 2017-ci il tarixində Tel-Abyadda qurulan “Kuvvet-i Suvvar” bölgədə olan qüvvələrə döyüş elan edib.

ABŞ təşkilata on minlərlə döyüşçünün qatılması barədə təlimat verib. Təşkilatın məqsədi isə bölgədə olan Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunu hədəf almaqdır.

ABŞ-ın təlimatı ilə bütün cəbhələrdə... - Türkiyəyə müharibə ELAN ETDİLƏR

Yaxın Şərqdən amerikalıların qalib çıxması İsrail üçün çox vacibdir. Bunu “newsru.co.il” saytına açıqlamasında İsrailin MOSSAD təşkilatının ehtiyatda olan yüksək rütbəli zabiti İsrael Lavi söyləyib.

“Bu, xüsusilə İrana görə çox önəmlidir. Çünki Tehran Suriya konfliktinin nə ilə bitəcəyini diqqətlə izləyir. İranlılar anlayır ki, onlara Amerika elitasını qəzəbləndirmək sərf etmir. İranlıların Suriyada olmasının Putinə sərf etdiyini deyə bilmərəm. Ola bilsin ki, Rusiyanın öz konsepsiyası var. Onlar hələlik yumşaq davranıb, bəlkə də sonradan qəfil şəkildə İrana “bəsdir” deyəcəklər. Rusiya İsrail-İran müharibəsində maraqlı deyil. Putin Suriyada istədiyini çoxdan qazanıb. O, Əsədin Suriyada ona maneə yaratdığını görən kimi onu hakimiyyətdən uzaqlaşdıracaq”, – Lavi bildirib.

Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumun təxirə salınması üçün şərtlərini açıqlayıb. İraq mərkəzi hökumətin nümayəndələri ilə görüşdə irəli sürülən şərtlər, məlumata görə, kürd muxtariyyətinin irəli sürdüyü şərtlər aşağıdakılardır:

- “Kürdüstan” bölgəsinə ayrılan büdcə vəsaitinin göndərilməsi

- İraq Konstitusiyasının 140-cı maddəsinin tətbiq olunması (Kərkük başda olmaqla mübahisəli bölgələrin statusunun müəyyən edilməsi)

- Kürdlərin İraq hökumətində azaldılan yerlərinin geri verilməsi

- İraq ordusunda kürdlərin sayının artırılması.

Ərbil sözügedən şərtlərin Bağdad tərəfindən qəbul ediləcəyi halda referendum bir neçə aylığa, müəyyən bir tarixə qədər təxirə salınacağını bildirib.

“ABŞ Çinlə iqtisadi müharibə aparır”. Bunu ABŞ prezidentinin əsas strateji məsləhətçisi Stiven Bennon deyib.

“Biz Çinlə iqtisadi müharibə vəziyyətindəyik. Onlar nə etdikləri barədə danışmaqdan utanmırlar”, - Ağ Ev rəsmisi bildirib.

Bennon həmçinin qeyd edib ki, ən yaxın 25-30 il ərzində iki dövlətdən biri hegemon olacaq. Ağ Evin strateqi həmçinin Amerika hakimiyyətini xəbərdar edib ki, ABŞ bu yolda ilişərsə, Çin dünya lideri olacaq.

“ABŞ uduzmağa davam edərsə, heç vaxt özünü bərpa edə bilməyəcək”, - o əlavə edib.

ABŞ prezientinin məsləhətçisi Şimali Koreya probleminə də toxunub. O əmin edib ki, problemin hərbi həll yoxdur.

Siyasi ekspertlər və konsultantlar Assosiasiyasının üzvü, politoloq Kiril Koktış hesab edir ki, ABŞ və Çin arasındakı iqtisadi müharibədən qazanan tərəf Hindistan ola bilər. “İki süper iqtisadi subyektin toqquşmasında üçüncü oyunçu qalib gəlir. O toqquşmada iştirak etmir və toqquşma nəticəsində “yandırılmış əraziləri” tutaraq qazanan tərəf olur. Məsələn, Hindistan”, - Koktış bildirib.

O əlavə edib ki, Çin və ABŞ-ın iqtisadi qarşıdurması artıq on il sonra bitə bilər,

“Daha sonra Vaşinqton Pekinin öhdəsindən gəlmək şanslarına malik olmayacaq”, - politoloq vurğulayıb.

ABŞ və Şimali Koreya arasında sülh yaranma ehtimalı var. Bu sözləri jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford deyib. Pekinə səfər edən Cozef Danford problemin hərbi yolla həllinin qorxunc olduğunu bildirib.

“Hazırda əlimizdə bir çox seçim var. Amma məsələni sülh yolu ilə həll edə biləcək gücdəyik”, - Cozef Dunford deyib.

“Mərmərə dənizində yaxın gələcəkdə gücü yeddi baldan daha yüksək olan zəlzələ baş verəcək”. Bunu Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener deyib.

Qeyd edək ki, bu, ilk analoji xəbərdarlıq deyil. Daha əvvəl Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy bildirib ki, on beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir.

“İstanbulda ən azı 145 min insan öləcək” - Qorxunc proqnoz TƏKRARLANDI - VİDEO

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/210196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR