Luis Suarez bir ay yaşıl meydandan KƏNARDA QALACAQ

Luis Suarez bir ay yaşıl meydandan KƏNARDA QALACAQ
20:48 17 Avqust 2017
244 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Barselona” futbol klubu uruqvaylı hücumçu Luis Suarezin bir ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Publika.az klubun rəsmi saytına istinadla xəbər verir ki, “Barselona”nın “Real Madrid” komandasına 0:2 hesabı ilə məğlub olduğu İspaniya Superkuboku uğrunda cavab matçında zədələnən L.Suarezin sağ dizində şiş təsbit edilib. Futbolçunun La Liqada “Real Betis”, “Alaves”, “Espanyol” və “Xetafe” ilə qarşılaşmalarda oynaya bilməyəcəyi dəqiqləşib.

Həmin matçda zədələnən və müdafiəçi Xerard Pikenin isə “Real Betis”ə qarşı oyunda meydana çıxması sual altındadır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/210206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR