Tramp bir tvitlə şirkətə 6 milyard dollar ZƏRƏR VERDİ

Tramp bir tvitlə şirkətə 6 milyard dollar ZƏRƏR VERDİ
21:53 17 Avqust 2017
355 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampla “Amazon" internet şirkətinin sahibi Cef Bezos arasında gərginlik pik səviyyəyə çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin böyük əksəriyyəti yuxuda ikən Trampın “Amazon” əleyhinə yazdığı tvit şirkətə külli miqdarda zərər verib.

Tramp “Amazon”un vergini ödəyən biznesmenlər böyük zərər verdiyini, bunun da iş yerlərinin itirilməsinə səbəb olduğunu yazıb. Bu tvittlə şirkətin səhmlərinin dəyəri sürətli düşüb və bir neçə dəqiqə ərzində bazar sərmayəsi 6 milyard dollar azalıb.

Qeyd edək ki, Tramla “Amazon”un sahibi Cef Bezos arasında qarşıdurma 2015-ci ilin sonlarında başlanıb. Bu ayın əvvəlində isə Donald Trampın tvitləri olan tualet kağızları "Amazon" onlayn fərdi satış şirkətində satışa çıxarılıb. Kağızlar arasında Trampın prezident seçilməsindən əvvəlki fikirlərinin yer aldığı tvitlər də var idi.

Donald Tramp dəfələrlə Cef Bezosu, həmçinin onun sahibi olduğu "The Washington Post" qəzetini tənqid edib. ABŞ prezidenti nəşri yalan xəbərlər hazırlamaqda ittiham edib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR