Polis İspaniyada terror aktı törədən şəxsi saxlayıb

Polis İspaniyada terror aktı törədən şəxsi saxlayıb
22:37 17 Avqust 2017
297 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 avqust. REPORT.AZ/ İspaniya polisi Barselonanın mərkəzində terror aktı törətməkdə şübhəli bilinən şəxslərdən birini saxlayıb.
"Report"un məlumatına görə, bu barədə "El Periodico" nəşri mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatında qeyd olunur ki, saxlanılan şəxsin adı Driss Oukabirdir. O, avtomobili icarəyə götürərək Rambla küçəsində piyadaları vurub.
Mətbuat onun "facebook" səhifəsinə əsasən Driss Oukabirin əslən Fransanın Marsel şəhərindən olduğunu açıqlayıb. O, Fiqeras şəhərindəki həbsxanada cəza çəkib və 2012-ci ildə azadlığa çıxıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/polis-i-spaniyada-terror-akti-toreden-sexsi-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR